Qarabağ suvarma kanalında meyit tapılıb 

21:58 08.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarabağ suvarma kanalından kişi meyiti tapılıb.

Hafta.az xəbər verir ki, meyit kanalın Bərdə rayonu ərazisindən keçən hissəsində aşkar edilib.

Meyitin çıxarılması üçün əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

Hazırda meyitin kanaldan çıxarılması üçün tədbirlər görülür.